Mixail Saakaşvili uzun mübarizədən sonra istədiyinə nail oldu - ARTIQ LVOVDADIR
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Polşa-Ukrayna sərhədini keçməyə müvəffəq olub.
APA TV xəbər verir ki, sərhəddə Saakaşvilinin tərəfdarları ilə onun Ukrayna ərazisinə keçməsinə mane olmağa çalışan sərhədçilər arasında qarşıdurma yaranıb. Daha sonra polis baryerini yaran tərəfdarlarının müşayiəti ilə M.Saakaşvili Ukrayna ərazisinə daxil olub.
Bundan əvvəl Odessa vilayətinin sabiq qubernatoru Polşanın “Şeqeni” nəzarət-keçid məntəqəsini maneəsiz keçib. Hazırda M.Saakaşvilinin Lvov şəhərində olduğu bildirilir. Ukrayna sərhəd xidməti hadisə ilə əlaqədar Respublika prokurorluğuna müraciət edəcəyini bəyan edib.
Qeyd edək ki, M.Saakaşvilinin bu uğurlu cəhdinə qədər Polşa-Ukrayna sərhədini qatarla keçmək cəhdi baş tutmayıb. O, Polşanın Pşemıslye yaşayış məntəqəsində qatardan düşürülüb.
OXŞAR XƏBƏRLƏR
12:50
789
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
792
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1118
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
768
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
769
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
600