Katolik din xadimi Myanma liderinə dərs keçdi: "Xalqın şərəfini qorumaq..."
"25 avqustdan indiyədək Rohingiyanı tərk edən müsəlmanların sayı 290 min nəfərə çatıb". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildiriblər.
Ötən cümə axşamından etibarən qaçqınların ümumi sayında 126 min nəfər artım olub. Komissarlıqdan həmçinin Myanma-Banqladeş sərhədi boyunca yerləşən qaçqın düşərgələrinin artıq dolduğu bildirilib.
Bir neçə gün ərzində baş verən toqquşmalarda ölənlərin sayı isə 400 nəfərdir.
Bu arada, Nobel mükafatı laureatı, 85 yaşlı arxiyepiskop Desmond Tutu faktiki olaraq Myanma rəhbərinin səlahiyyətlərini icra edən Aun San Su Ciyə müraciət edib: "Mənim əziz bacım, əgər sizin siyasi yüksəlişinizin qiyməti əhalini susdurmaqdırsa, bu, həddindən artıq yüksək qiymətdir. Sülh olmayan, xalqının şərəfini qorumaq istəməyən ölkə azad olmayan bir ölkədir" - deyə, müraciətdə bildirilir.
Qeyd edək ki, 1991-ci ildə "Nobel" mükafatına layiq görülən An San Su Cinin ölkəsində qətliamlar törətməsi etirazla qarşılanıb və saytlarda onun Nobeldən məhrum edilməsi tələbilə yerləşdirilən petisiyaindiyədək 300 mindən çox imza toplayıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub