Tovuzda maşın aşdı - 5 YARALI

Tovuzda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Cırdaxan kəndi ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan “Hyunday Accent” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sürücü, rayonun Alakol kənd sakini, 1987-ci il təvəllüdlü Qasımov Bağban İlham oğlu, sərnişinlər, 1981-ci il təvəllüdlü Bəhman Məsimov,  1987-ci il təvəllüdlü Sədi Məsimov, 1982-ci il təvəllüdlü Vüqar Həsənli  və 1978-ci il təvəllüdlü Asəf İbadov xəsarət alıb. Yaralılardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Tovuz Rayon Polis şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR