14 yaşlı Azərbaycan kikboksçusu ermənini nokaut etdi
Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında keçirilən Cənubi Qafqaz birinciliyində 14 yaşlı Elməddin Ağayev birinci olub.
APA TV-nin qərb bürosunun xəbərinə görə, əvvəlcə gürcü boksçu ilə döyüşən Şirvan şəhərinin yetirməsi Elməddin Ağayev onu məğlub edərək, final mərhələsinə adlayıb.
Finalda erməni kikboksçu ilə qarşılaşan idmançımız rəqibini nokauta salaraq vaxtından qabaq təmiz qələbə qazanıb.
Baş məşqçi Müqdət Aydınov deyib ki, Elməddin Ağayev keçən il Azərbaycan birinciliyində ikinci nəticə göstərib: "Bu il də ölkə çempionatına hazırlaşırıq. Ümid edirik ki, yüksək nəticə əldə olunacaq".
OXŞAR XƏBƏRLƏR
12:50
833
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
842
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1168
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
777
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
779
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
610