Neft yenidən ucuzlaşmağa başladı

Dünya birjalarında neft ucuzlaşıb.

 

Birjalarda "Brent" markalı neftin 1 barelinin dəyəri 0,71 dollar azalaraq 53,78 dollar olub. Qərbi Texas markası da dəyər itirib. WTI neftinin qiyməti 1 barelə görə 1,61 dollar ucuzlaşaraq 47,48 dollar təşkil edib.


Analitiklər "qara qızıl"ın qiymətindəki mənfi dinamikanı əsasən son on ilin ən güclü təbii fəlakəti olan "İrma" qasırğasının tüğyanı ilə izah edir.

 

Bundan əlavə, ABŞ-ın neft-qaz şirkətlərindən "Baker Hughes"dan 1 sentyabr tarixinədək olan məlumata görə, Birləşmiş Ştatlardakı neft buruqları 1,8 dəfə artaraq 944-ə, qaz hasilatı qurğularının sayı isə 436-ya çatıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR