Qətər danışıqlara hazır olduğunu bəyan etdi

Qətər əmiri Tamim bin Həməd əl-Tani və Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman əl-Saud arasında telefon danışığı olub. Söhbət rəsmi Dohanın təşəbbüsü ilə baş tutub.

 

APA TV-nin məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının rəsmi "SPA" agentliyi məlumat verib.

 

Söhbət zamanı Qətər əmiri ərəb ölkələrinin tələblərinə dair danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Səudiyyə Ərəbistanının şahzadəsi əmirin təklifini alqışlayıb. Söhbətin detalları hələ ki, açıqlanmır.

 

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətərlə diplomatik və iqtisadi münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib.  Daha sonra adıçəkilən ölkələr Qətərə 13 bənddən ibarət ultimatum veriblər. Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR