Bakıdan maşın oğurlayıb Qəçrəşə gəzməyə getdilər, polislə qayıtdılar
Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakının Yasamal rayonu ərazisində maşın oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, bu gün Yasamal rayonu ərazisində “VAZ 2107” markalı avtomobili oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunan Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Hüseynov Sərxan İlqar oğlu və Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Musayev Anar Rəjdin oğlu Quba rayonu ərazisində tutulub.
Sərxan Hüseynov: “Gəzmək istəyirdim həmin maşınla, sürmək istəyirdim. Getdim Qəçrəşdə tutuldum. Polis əməkdaşları yaxınlaşdılar, məlum oldu ki, maşını oğurlayıb meşədə gizlətmişəm”.
Anar Musayev: “Mən bu insanı 8-10 ildir görmürdüm. Rayondan gəldi, dedi səni görmək istəyirəm. Mən də gətirdim evə, bir tikə çörək verdim ki, qarnı tox olsun. Mənə təklif elədi ki, burdan maşın götürə bilərəm. Dedim ki, bura məhəlləmdir, heç vaxt ola bilməz, şəhər doludur maşınla, ürəyin nə istəyir elə. Bizim məhəllədən çıxdı. Bir maşına girdi, alınmadı, ikinci maşına girdi alınmadı, üçüncü maşına girdi, işə saldı”.
Hər iki şəxs Yasamal rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub