Meksikadakı zəlzələdə ölənlərin sayı 58-ə çatdı

Meksikada  baş verən zəlzələ nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

 

APA TV-nin Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 34 nəfərin öldüyü bildirilirdi.

 

Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.

 

Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları “son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ” adlandırıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR