Kiyevdə gürcüstanlı kriminal avtoritetin maşınl partladıldı

Ukraynanın paytaxtı Kiyevdə avtomobil partlayıb. Hadisə nəticəsində Gürcüstan vətəndaşı ölüb.

 

Ukrayna daxili işlər nazirliyinin mətbuat katibi Artyom Şevçenko bildirib ki, partlayışa avtomobilə yerləşdirilmiş partlayıcı qurğu səbəb olub. Hadisə nəticəsində ölən kriminal aləmdə yaxşı tanınan Gürcüstan vətəndaşı, 41 yaşlı Timur Maxaurudir. Partlayış zamanı avtomobildə qadın və uşaq olub. Qadın yaralanıb, uşaq isə xəsarət almayıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR