Ermənilər Ağdamın işğal altında olan ərazilərində növbəti yanğınlar törədib

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun işğal altında olan ərazilərində növbəti yanğınlar törədiblər.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yanğınlar Ağdamın işğal altındakı dağ massivlərində, 5 istiqamətdə müşahidə olunur.

 

Əvvəlcə Xıdırlı kəndinin ərazilərində çıxan yanğın daha sonra Yeddi Xırman yüksəkliyində və Qanlı Göl adlanan ərazilərdə yayılıb. Bütün bunlar Ağdam və Ağcabədi rayonlarının cəbhəyanı kəndlərindən müşahidə olunur.

 

Alovun miqyası getdikcə böyüyür.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR