Azərbaycan Myanmadan olan müsəlman qaçqınlara humanitar yardım göndərib
Azərbaycan Myanmadan olan müsəlman qaçqınlara 100 ton humanitar yardım göndərib.
APA TV-nin məlumatına görə, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan hökuməti tərəfindən humanitar yardım yola salınıb.
Humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib.
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, Banqladeşdə sığınacaq tapmış Rohingya müsəlmanlarına ümumilikdə 100 ton humanitar yardım göndərilib: "Yardıma 20 ton şəkər tozu, 10 min litr qarğıdalı yağı, 10 min litr günəbaxan yağı, 10 ton qatılaşdırılmış süd, 10 ton mal əti konservi, 10 ton makaron, 10 ton vermişel və 20 ton un daxildir".
Qeyd edək ki, Myanma ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə ərazidən qaçmağa çalışır. Bölgədə humanitar fəlakət yaşanır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub