"İrma" qasırğası daha 4 nəfərin ölümünə səbəb oldu - FƏLAKƏT DAVAM EDİR
Karib dənizi üzərində tüğyan edən "İrma" qasırğası bölgədə yerləşən adalarda böyük dağıntılara səbəb olub. APA TV-nin "Euronews"a istinadən məlumata görə, daha ciddi fəsadlar Terks və Kaykos adalarında qeydə alınıb.
Yaşayış məskənlərində güclü külək evlərin dam örtüklərini qoparıb. Vircin adalarında isə 4 nəfər həyatını itirib.
"İrma"nın ardınca isə başqa bir qasırğanın - "Xose"nin bölgəyə yaxınlaşdığı deyilir.
Bu qasırğanın ən çox Antiqua və Barbudada dağıntılar törədəcəyi ehtimalı böyükdür. Adı çəkilən adaya "İrma" qasırğası onsuz da ciddi ziyan vurub, əksər insanlar evsiz qalıb.
Bir il əvvəl "Metyu" qasırğasının dağıtdığı Haiti də təhlükə bölgəsindədir. "İrma"nın yolunda həmçinin Dominikan Respublikası, o cümlədən Puerto-Riko və ABŞ-ın Florida ştatı da var.
Adı çəkilən ərazilərdə insanların kütləvi təxliyəsi başlanıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub