Ukrayna-Polşa sərhədində qarışıqlıq: SAAKAŞVİLİYƏ GÖRƏ

Ukraynanın Dövlət Sərhəd Xidməti "Krakovets" keçid məntəqəsində sentyabrın 10-da  keçiriləcək  aksiya iştirakçılarına qayda və qanunlara riayət etməyi çağırır, turistlərə isə digər marşrutlardan istifadə etməyi tövsiyə edir. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, məhz həmin gün Ukrayna vətəndaşlığından məhrum olan Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili "Krakovets" keçid məntəqəsi vasitəsilə ölkəyə qayıtmaq niyyətindədir.

Onu "Yeni ruh qüvvələri" partiyasının tərəfdaşlarının və bir sıra millət vəkillərinin qarşılayacağı deyilir. Bir neçə deputat Ukraynanın Dövlət Sərhəd Xidmətinin rəhbəri Petr Çıkıqala və Miqrasiya Xidmətinin rəhbəri Sokolyuka müraciət edərək, Saakaşvilinin sentyabrn 10-da Ukraynaya qayıdışı zamanı "Krakovets" keçid məntəqəsinə gəlmələrini tələb ediblər.

Şöbədən verilən məlumata görə, Saakaşvilinin Ukraynaya daxil olmasının  qadağan olunması üçün hüquq-mühafizə orqanlarından göstəriş verilməyib.

 

 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR