Xaçmazda körpünü sel apardı, həyətləri su basdı

Ötən gün axşam saatlarından başlayaraq Qaraçayda suyun səviyyəsinin artması Xaçmaz və Quba rayonlarında bir sıra fəsadlara yol açıb.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, Xaçmazda Qaraçay-Cek kəndi ilə Aşağı Zeyid kəndlərini birləşdirən körpü uçub. Çayda suyun səviyyəsinin artması nəticəsində Qaraçay-Cekdə 7 evin həyətini su basıb.

 

Qubada isə güclü sel nəticəsində Nügədi kəndini qazla təmin edən boru sıradan çıxıb. Bəzi ərazilərdə elektrik xətləri uçub, elektrik enerjisinin verilməsində problemlər yaranıb.

 

Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR