Bakıda küləkli hava şəraiti davam edəcək

Sentyabrın 9-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 19-22, gündüz 27-30 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR