Çindən gələn xəbərlər nefti sürətlə bahalaşdırır
Çində neftə tələbatın sürətlə artması “qara qızıl”ı bahalaşdırıb. APA TV-nin məlumatına görə, rəsmi hesabatlara əsasən, avqust ayında Çin bir ay əvvələ nisbətən 12,2 faiz çox neft idxal edib. Neft idxalının artması ölkədə məhsul istehsalının artım göstəriciləri ilə ekvivalentlik təşkil edir.
Son on həftə ərzində ilk dəfə olaraq ABŞ-da neft ehtiyatlarının həcmi artıb. “Harvi” qasırğası səbəbilə neft emalı zavodlarının işləməməsi “qara qızıl”a marağı azaldıb, nəticədə bir həftə ərzində ehtiyatların həcmində 4,6 milyon barel artım qeydə alınıb. Benzin ehtiyatlarının həcmində isə 3,2 milyon barel azalma var. Analitiklər benzin ehtiyatlarının 5 milyon barel azalacağını proqnozlaşdırırdı.
Bu amillər neftin bahalaşmasına ciddi təsir göstərib. Uzun fasilədən sonra ilk dəfə “Brent” markalı neftin qiyməti 55 dollar həddinə yaxınlaşıb. Hazırda bu markadan olan neft 54,78 dollara satılıb, Qərbi Texas nefti isə 49,23 dollara təklif olunur. İki marka arasında qiymət fərqi 5,55 dollara çatıb ki, bu da dünya bazarında qiymətlərin müəyyənləşməsində ABŞ-ın rolunun zəifləməsi göstəricisi sayıla bilər.
Bu gün ABŞ-da şist nefti hasilatına cəlb olunan buruqların sayına dair hesabat açıqlanacaq. Bu hesabat birja həftəsinin yekun ticarət sessiyalarında qiymətlərə təsir edəcək son ciddi amil sayılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub