İspaniya bölünür? - KATALONİYA PARLAMENTİ QƏRAR VERDİ

İspaniyanın Kataloniya əyalət parlamenti regionun referenduma keçid dövrü üçün nəzərdə tutulan qanun layihəsini təsdiqləyib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, qanunun lehinə 71, əleyhinə 10 parlamentari səs verib. 89 maddəlik qanun keçid dövründə Kataloniyada əsas qanun rolunu oynamalıdır.


Bu arada Konstitusiya Məhkəməsi referendum aktının hüquqi qüvvəsini itirdiyi ilə bağlı qərar verib və təşəbbüskarları həbslə təhdid edib.

 

Qeyd edək ki, cari ilin iyununda Kataloniya hökuməti bölgədə referendum keçiriləcəyini açıqlayıb və səsverməni 1 oktyabr tarixinə təyin edib.







 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR