Adam bıçaqladı, tutuldu, "KPZ"də özünü asdı - ŞİRVANDA MÜƏMMALI İNTİHAR
Şirvan şəhər Polis Şöbəsinin saxlanma yerində intihar hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bir gün əvvəl həmyerlisini bıçaqladığı üçün saxlanılan Şirvan sakini, 1989-cu il təvəllüdlü Həmidov Vüqar Məhərrəm oğlu saxlanma yerində özünə qəsd edib.
İntiharın hansı şəraitdə baş verdiyi və səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, Vüqar Həmidov münaqişə zəminində həmyerlisi, 1968-ci il təvəllüdlü Məmmədov Musa Hüseynağa oğlunu bıçaqlayıb. M. Məmmədov Şirvan şəhər xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Münaqişəyə səbəb M. Məmmədovla V. Həmidovun qardaşı, 1985-ci il təvəllüdlü Həmidov İlqar Məhərrəm oğlu arasında baş verən əlbəyaxa dava zamanı onu dəmir linglə vurması olub.
Sonuncu da xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub