"Əcəmi"də qadını, keçmiş "Basin"də isə kişini avtomobil vurdu - VƏZİYYƏTLƏRİ KAFİDİR

Bakının Nəsimi rayonu ərazisində iki piyada vurulması faktları qeydə alınıb. APA TV xəbər verir ki, hadisələrdən biri Cavadxan küçəsində olub.

Metronun "Memar Əcəmi" stansiyası yaxınlığında baş vermiş avtoqəza zamanı yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Damanova Umuküs Rəcəb qızı "Opel" markalı avtomobilin zərbəsinə tuş gəlib. Xəsarət alan qadın xəstəxanaya aparılıb.

Dİgər bir analoji yol qəzası Füzuli küçəsində, Qış parkının yaxınlığında baş verib. Bu dəfə isə 1963-cü il təvəllüdlü Danilov Dmitri Vladimiroviçi avtomobil vurub. 54 yaşlı D.Danilovun piyadalar üçün nəzərdə tutulmayan hissədən yolu keçmək istədiyi deyilir. O da xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti qənaətbəxşdir.

Hər iki yol qəzasının araşdırılması ilə Nəsimi RPİ-nin istintaqçıları məşğuldur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR