Türkiyədən ABŞ-a daxil olan yüklər daha diqqətlə yoxlanılacaq
ABŞ-ın nəqliyyat təhlükəsizliyi administrasiyası Türkiyədən gələn reyslərdə yüklərə baxış prosedurunu sərtləşdirdiyini bildirib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun nümayəndəsi Maykl İnqland bildirib.
Onun sözlərinə görə, “bu addım yaranmış təhlükələrə müvafiq tədbirlərin görülməsi üçün atılır”. O qeyd edib ki, bu cür qaydalar artıq Türkiyənin özündə də tətbiq edilir və hava yüklərinin yoxlanılmasının gücləndirilməsi proqramının (Air Cargo Advance Screening Program, ACAS) tərkib hissəsidir.
Məlumata görə, yoxlama prosedurunun sərtləşdirilməsi Avstraliyadakı insidentlə əlaqəlidir. Xatırladaq ki, 49 yaşlı Xalid Mahmud Həyat və 32 yaşlı Mahmud Həyat iyulun 15-də Sidneydən havaya qalxmış “Etihad Airways” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində partlayış törətməyi planlaşdırıblarmış. Məlumata görə, təyyarənin göyərtəsinə keçiriləcək partlayıcı qurğu Türkiyədən Avstraliyaya aviapoçt vasitəsilə göndərilib. Polis terror aktının qarşısını almağa müvəffəq olub.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub