Tovuzda toya gələnlər salatdan zəhərlənib - 35 NƏFƏR OLDU

Tovuzda kütləvi zəhərlənmə olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, axşam saatlarında 11 nəfər Tovuz rayon Mərkəzi Xəstəxanasına müraciət edərək özlərini pis hiss etdiklərini deyib. Onlara tibbi yardım göstərilib.

Məlumata görə, müraciət edənlər rayonda olan “Turan” şadlıq sarayında keçirilən toy məclisində iştirak edib. Onların toyda yedikləri qidaların birindən, daha dəqiq desək, salatdan zəhərləndikləri ehtimal olunur.

Gecə ərzində zəhərlənmə diaqnozu ilə daha bir neçə nəfər xəstəxanaya gətirlib. Ümumilikdə isə 24 nəfərdə belə hal müşahidə olunub. Müraciət edənlərin əksəriyyəti də gənclər olub. Zəhərlənənlərin bəziləri artıq evə buraxılıb.

Son məlumata görə, toyda zəhərlənənlərin sayı 35 nəfəri keçib. Hazırda 6 uşaq və 30 nəfərdən çox böyük xəstəxanadadır və onlara tibbi yardım göstərilir. Müraciət edənlərin sayının artacağı istisna edilmir.

Toy məraisminin keçirildiyi "Turan" şadlıq sarayının sahibi Şükür Abbasovun verdiyi məlumata görə, onlar şadlıq evini kirayəyə verib, toyda verilən yeməklər və digər qida məhsulları isə toy sahibi tərəfindən gətirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR