7 nəfər evdə bişirilən piroqdan zəhərləndi - AĞDAMDA

Ağdamda qidadan zəhərlənmə faktı qeydə alınıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndində baş verib.

Yaxınlarının təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırdığı  1995-ci il təvəllüdlü Süleymanova  Nərmin Mətləb qızı, 1992-ci il təvəllüdlü Süleymanov Nicat Şöhlət oğlu, 1988-ci il təvəllüdlü Həsənova Nuranə Üzeyir qızı, 1970-ci il təvəllüdlü Süleymanova Telli Səməd qızı, 1964-cü il təvəllüdlü Süleymanova Radə Mirzalı qızı, 1959-cu il təvəllüdlü Həsənova  Bəsurə Səməd qızı və 1935-ci il təvəllüdlü Süleymanova Zərifə Həsən qızına həkimlər tibbi yardım göztərib. Onların ev şəraitində bişirilmiş piroqlardan zəhərləndikləri ehtimal olunur.

Ağdam Mərkəzi Rayon Xəstəxanasından verilən xəbərə görə, zəhərlənənlərin vəziyyəti orta ağırdır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR