Rusiyalı hərbi ekspert: "Bakı ABŞ-Rusiya dialoqunun paytaxtına çevrilir"
"Bakıda keçiriləcək Gerasimov-Pavel görüşü oyunun qaydalarının razılaşdırılması, gündəmdə olan məsələlərin müzakirəsi, bir-birinin mövqelərinin anlaşılması baxımından strateji məqsəd daşıyır".
Bu sözləri APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı hərbi ekspert, istefada olan polkovnik Viktor Baranets bu gün Bakıda keçiriləcək Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi və NATO hərbi komitəsinin rəhbərinin görüşünü şərh edərkən deyib: "Bildiyiniz kimi, son zamanlar Rusiya-ABŞ, Rusiya-NATO münasibətləri dondurulmuş vəziyyətdədir. Bura təkcə diplomatik və siyasi deyil, həm də hərbi münasibətlər daxildir. Bu münasibətlər faktiki sovetlər dövründəkindən, soyuq müharibə vaxtındakından da pis vəziyyətdədir. Ona görə də, Gerasimov və Pavelin Bakı görüşü bu baxımdan strateji məqsəd daşıyır".
Bakıda keçiriləcək Rusiya-NATO görüşündə çoxsaylı məsələlərin müzakirə olunacağını deyən hərbi ekspert son vaxtlar Rusiya və ABŞ, Rusiya və NATO generallarının görüşlərinin məhz Bakıda keçirilməsi məsələsinə də toxunub: "Belə görüşlərin Azərbaycan paytaxtında keçilməsi bu qənaətə gəlməyə əsas verir ki, Bakı hərbi sahədə Rusiya-ABŞ və Rusiya-NATO münasibətlərinin yaxşılaşdırılması paytaxtına çevrilir. Buna səbəb həm də Bakının dünya miqyasında strateji mövqedə yerləşməsidir. Bu regionda həm Rusiyanın, həm də ABŞ-ın strateji maraqları var. Təbii olaraq, bu strateji regionda - nəzərə alsaq ki, Suriya Bakıya çox da uzaq deyil - Rusiya və ABŞ Yaxın Şərqdəki oyunun qaydalarını müəyyən etməlidir. Bakı görüşü məhz Rusiya və ABŞ-ın Yaxın Şərq regionunda gələcək fəaliyyətini müəyyən edəcək".
Ekspert Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Rusiya və NATO generallarının görüşündə müzakirə olunub-olunmayacağına da münasibət bildirib: "Hesab edirəm ki, görüş Bakıda keçirildiyindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də qaldırılacaq".
V.Baranets rəsmi İrəvanın Rusiya ilə Qərb arasında ikili oyun oynamasını da şərh edib: "Rusiya Ermənistanı hərbi və müdafiə sahəsində müdafiə etməsinə baxmayaraq, son vaxtlar erməni generallar və siyasətçilər Ağ Evdən və Pentaqondan mədət umurlar, silahlar almaq üçün pul istəyirlər. Ermənistan ikitərəfli oyun oynayır, iki stulda oturmağa cəhd edir".
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub