Zaqatalada 30 nəfəri it dişləyib
Zaqatalada son bir həftə ərazində 30-a yaxın şəxsi it dişləyib. APA TV-nin məlumatına görə, bu gün səhər saatlarında rayonun Faldar kənd sakini, 2016-cı il təvəllüdlü İnci İsmət qızı Abdullayeva, Beretbinə kənd sakini, 1969-cu il təvəllüdlü Kahay Şaban qızı Aslanova, Yuxarı Tala kənd sakini, 2007-ci il təvəllüdlü Ramazan Ruslan oğlu Məmmədov, Kebeloba kənd sakini, 2006-cı il təvəllüdlü Həbulla Şamil oğlu Canqayev, Çobankol kənd sakini, 2005-ci il təvəllüdlü Əfsanə Asif qızı Mustafayeva it dişləməsi xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.
MRX-dan verilən məlumata görə, İnci Abdullayevaya sağ saidin, Kahay Aslanovaya sağ dizin, Ramazan Məmmədova sağ əlin, Həbulla Canqayevya sol sarğının, Əfsanə Mustafayevaya isə sol kürəyin it dişləməsi xəsarəti diaqnozu qoyulub. Adları çəkilən şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
MRX-dan o da bildirilib ki, son həftə ərazində rayonun yaşayış məntəqələrindən 30-a yaxın şəxs it dişləməsi xəsarəti ilə xəstəxanaya müraciət ediblər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub