Moskvada insanları girov götürən erməni biznesmenə ağır cəza verildi
Moskvada bank əməkdaşlarını girov götürən Aram Petrosyana hökm oxunub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi üzrə təqsirli bilinən A.Petrosyan 12 il müddətinə azadlıqdan məhrum edilib.
O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
A.Petrosyan 2016-cı ilin avqustunda Moskvada "Sitibank"ın binasına daxil olaraq 4 nəfəri girov götürüb. Sonra girovları azad edən erməni əsilli iş adamı hüquq-mühafizə orqanlarına təslim olub. Onun üzərindəki paketin partlayıcı qurğu olmadığı müəyyən edilib. A.Petrosyanın sözlərinə görə, bu addımla diqqəti müflis olan sahibkarların problemlərinə yönəltmək istəyib.
A.Petrosyan insanları girov götürməkdə və terrorçuluqda ittiham olunur.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub