Bakıda hava küləkli və yağmurlu olacaq

Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə bildirilib ki, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 25-28 dərəcə isti, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR