Ata oğlunu tutdurdu - PULA GÖRƏ

29 yaşlı Səxavət Ələkbərov evdən oğurluq edib. Daha doğrusu, atasının cibindən. Çünki bir vaxtlar borc aldığı 2500 manat pulu qaytarmağın vaxtı gəlib çatıb. "Bu gün-sabah verərəm" sözü isə artıq işə yaramayıb.

 

Bundan sonra Səxavət evdə borclu olduğu məbləği valideynlərinə deyib. Onlar isə pulu necə alıbsa, elə də qaytarmağı onun boynuna qoyublar. Bir müddət sonra evdə qızılların yoxa çıxdığı məlum olub. Gizli yerdə saxlanılan pulların da oğurlandığını görən ata polisə müraciət edib: "Ötən ayın 16-sı 2300 manat pul və qızılları götürdüm. Qızılları qoydum lombarda, 530 manat pul verdilər".

 

İntiqam Ələkbərovun 36-cı Polis Bölməsinə müraciəti əsasında bir necə gündür evə gəlməyən oğlu saxlanılır. O, evlərindən oğurluq etdiyini etiraf edib: "Bilirəm səhv hərəkət etmişəm. Sıxıntım olub da, verməliydim".      

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR