İsrail "Hizbullah"ı vurdu - SURİYADA

İsrail hərbi aviasiyası Suriya hökumət qüvvələrini bombalayıb. APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, insident Məsyəf şəhəri yaxınlığında qeydə alınıb.

Rəsmi Dəməşq iki hərbçinin həlak olduğu barədə məlumat yayıb.  

İsrail tərəfi isə həmin ərazidə kimyəvi silahların sınaq mərkəzinin yerləşdiyini, əməliyyatın da buna qarşı keçirildiyini qeyd edib.

Bundan əlavə rəsmi Təl-Əviv Suriyada baş verənlərə qarışmadığını bir daha bəyan edib, lakin sərhədlərində keçirilən hərbi əməliyyatlara və təhlükəsizliyinə xələl gətirə biləcək hər hansı hərəkətə qarşı cavabsız qalmayacağını bildirib.

Sonuncu əməliyyatın isə başda "Hizbullah" olmaqla, kimyəvi silahların terrorçuların əlinə keçməməsi üçün təşkil olunduğu vurğulanır. 

Xatırladaq ki, "Hizbullah" hazırda Suriya ərazisində Bəşər Əsəd tərəfdən döyüşür.


İyun ayından bəri İsrail hərbçiləri bir neçə dəfə Kuneytra bölgəsindəki "Hizbullah" qruplaşmasına qarşı hərbi əməliyyat həyata keçirib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR