Neftin qiyməti 54 dolları keçdi
Dünya neft bazarında "Brent" markalı neftin qiyməti mayın 25-dən etibarən ilk dəfə 54 dolları ötüb.
APA TV-nin məlumatına görə, 54,22 dollara qədər bahalaşan bu markadan olan neft hazırda 54,05 dollardan təklif olunur. "Harvi" qasırğası ilə əlaqədar bağlanan neft emalı zavodlarının işini bərpa etməsindən sonra istehsalın yenidən artması WTİ markasını da bahalaşdırıb. Qərbi Texas nefti hazırda 49 dollardan satılır.
Amerika Neft İnstitutu açıqlamalarına görə, xam neft ehtiyatları ötən həftə 2,79 milyon barel artıb. Bu gün açıqlanacaq rəsmi rəqəmlər də prosesə təkan versə, bu, iyun ayından sonra ABŞ-da ilk artım olacaq.
Mütəxəssislər qiymətlərin yüksəlməsinin uzun müddətli olmayacağını düşünür. "Brent" neftinə tələbatın artması, qasırğanın ABŞ-da neft sektorunda durğunluq yaratması qiymətlərə nə qədər təsir etsə də, yüksəlişin uzun sürməməsi üçün ciddi səbəb var - ABŞ qaya nefti. Qiymətlərin 50 dollardan yuxarıya doğru uzun müddət bahalaşması qaya neftinin istehsalının artmasına səbəb olur. Bu da bazara ciddi təsir edir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub