Dövlət Departamenti: Rusiyanın Donbasla bağlı ideyasını dəstəkləyirik

"Rusiyanın Donbasda sülhməramlı qüvvələr yerləşdirilməsi ideyasını dəstəkləyirik". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Naurett səsləndirib.


O bildirib ki, regionda yerləşdiriləcək analoji qüvvələrə geniş mandat verilməli və onlar təkcə sərhəd zonasında deyil, münaqişə bölgəsində yerləşdirilməlidir.

 

Qeyd edək ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynaya sülhməramlıların yeridilməsilə bağlı qətnamənin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə verilməli olduğunu bəyan edib.

 

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR