Bakıda maşın 61 yaşlı kişini vuraraq öldürdü

Bakının Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Şəfayət Mehdiyev küçəsində qeydə alınıb. Sürücü Sərxan Hüseynov idarə etdiyi minik maşını ilə 1956-cı il təvəllüdlü İslamov Eldar Zahid oğlunu vurub.

 

Sürücü yaralını 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, piyada yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçib. Hadisə Eldar İslamovun oğlunun gözü qarşısında baş verib. Ata yolun əks tərəfində gözləyən oğlunun yanına gedərkən maşınla vurulub.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR