“İrma” qasırğası can almağa başladı: BMT-dən həyəcanlı proqnoz
“İrma” qasırğasının Fransaya hansı ziyanı vurduğu barədə danışmaq tezdir, amma ölkə insan itkilərinə görə ağlamalı olacaq”. Bunu Fransa prezidenti Emmanuel Makron ölkənin dənizkənarı ərazilərində tüğyan edən təbii fəlakətlə mübarizə üzrə müşavirədən sonra bəyan edib.
“Ziyanla bağlı rəqəmlər səsləndirmək tezdir. Amma indidən deyə bilərəm ki, nəticə amansız və qəddar olacaq. İki adaya ciddi ziyan dəyib”, - prezident bildirib.
“İrma” qasıqğası maksimal beşinci səviyyəyə çatıb. Bu, son onillikdə Atlantikada ən güclü qasırğa hesab edilir. Mütəxəssislərin fikrincə, “İrma” avqustun sonlarında Texas sahillərində başlayan və faciəvi nəticələrə səbəb olan “Harvi” qasırğasından da güclü olacaq.
“İrma” qasırğası Fransanın Sen-Bartelemi və Sen-Marten bölgələrini işıqsız qoyub. Sen-Marten prefekturasında dağıntılar qeydə alınıb. İlkin məlumata görə, qasırğa nəticəsində ilk ölüm halları baş verib. Fransanın sahilyanı bölgələr üzrə naziri fəlakət bölgəsinə yollanıb. O, özü ilə 60 yanğınsöndürən və 60 hərbçi, eləcə də tibb briqadaları aparıb.
BMT-nin hesablamalarına görə, “İrma” qasırğası 37 milyon nəfərə təsir edə bilər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub