ELŞAD ABDULLAYEVİN daha bir adamı yaxalandı
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq müəllimi həbs edilib. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə axtarışda olan, Göyçay rayon sakini, 1970-ci il təvəllüdlü Afaq Rafiq qızı İbrahimova tutularaq istintaqa təhvil verilib.
APA TV-nin xəbərinə görə, polisdən bildirilib ki, Afaq İbrahimova əvvəllər ABU-da çalışıb. Xeyli sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən A.İbrahimovanın həbsinin ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı olub-olmadığı məlum deyil.
A.İbrahimova dələduzluq faktına görə əvvəllər də bir neçə dəfə polis tərəfindən saxlanılıb. O, hər dəfə vətəndaşlardan aldığı pulu qaytaracağı barədə vəd verərək məsuliyyətdən yayınıb. Sonuncu dəfə isə məhkəmə A.İbrahimova barəsində həbs-qətimkan tədbiri seçməklə barəsində axtarış elan edibmiş.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı