Bakıda tanışı 26 yaşlı gənci güllələlədi

Bakının Sabunçu rayonunda silahlı insident baş verib. APA TV-nin məlumatına görə, hadisə Balaxanı qəsəbəsinin Gülüstan küçəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Məhərrəmov Etibar Məhərrəm oğlu sol qolundan dəlib keçən güllə yarası alıb. Çoxlu qan itirən E. Məhərrəmov özü polisə məlumat verib və xəstəxanaya gəlib. Vəziyyəti ağır olduğundan, yaralı yaxınları tərəfindən özəl klinikalardan birinə köçürülüb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib. 12-ci Polis Bölməsinin əməkdaşları hadisə yerində olublar. İlkin ehtimala görə, 26 yaşlı Etibar Məhərrəmov tanışı tərəfindən güllələnib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR