Bakıda maskalı basqının üstü açıldı - 5800 DOLLAR, 2200 MANAT APARIBLAR

Binəqədi rayonunda evə basqın edənlər həbs olunublar.

 

APA TV-nin məlumatına görə, iyulun 30-da Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən fərdi yaşayış evlərindən birinə basqın edən üzlərində maska olan naməlum şəxslər ev sahibi və həyat yoldaşına zor tətbiq edib, əl-qollarını bağlayaraq mənzildən 5800 ABŞ dolları, 2200 manat pulu, 3 ədəd mobil telefon, 1 ədəd “Frank Müller” markalı qol saatı, 1 ədəd adi qol saatı, 1 ədəd suvenir xəncəri quldurluq yolu ilə talayaraq hadisə yerindən qaçıblar.

 

Həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuş Anar Əmirli, Bəhruz Hacızadə, Bərdə rayon sakinləri - Natiq Musayev və onun qohumu Elməddin Musayev tərəfindən törədildiyi müəyyən edilib.

 

Adları çəkilən şəxslər saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Məlum olub ki, cinayət yolu ilə əldə edilən pul və qiymətli əşyalar isə saxlanılan şəxslər arasında bölünüb.

 

Faktla bağlı istintaq davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR