Ağdamda mütəşəkkil oğru dəstəsi tutuldu
Ağdamda məcburi köçkün ailələrinə qənim kəsilən mütəşəkkil dəstə ifşa edilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Baharlı qəsəbə sakini Nizami Əliyevin yaşadığı evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən 18 yaşlı Atakişiyev Məhərrəm Akif oğlu, Aslanov Aslan Telmanoğlu, 2000-ci il təvəllüdlü Cabbarov Sərvər Şamil oğlu və Elşən Zeynalov Ağdam polisi tərəfindən saxlanılıb.
Saxlanılan şəxslər əməllərini etiraf edib. Oğurluq planını hazırlayan Məhərrəm Atakişiyev oğurladıqları əşyaları 200 manata satdığını deyib. Bildirib ki, onların oğurluq əməlindən taksi sürücüsü Elşən Zeynalov xəbərsiz olub. Bu səbəbdən o, əldə olunan gəliri 3 nəfər arasında bölüb.
Digər oğurluq hadisəsi rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 38 yaşlı Mehdi Mehdiyev avtoyuma məntəqəsindən oğurluq edib. O, dindirmə zamanı əməlini etiraf edib.
Hər iki faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub