Samuxda ağır qəzada iki nəfər öldü, biri vəzifəli şəxsdir

Samuxda 2 nəfərin  ölümü ilə  nəticələnən ağır  yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Gəncə-İmamzadə yolunun İnstitut qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini İlqar Zeynalov idarə etdiyi  "Hyundai” markalı avtomobillə hərəkətdə olarkən  idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin sürücü və sərnişini Mahir Məmmədov hadisə yerində ölüblər.

 

Qeyd edək ki, İlqar Zeynalov Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

 

Faktla bağlı Samux Rayon Polis şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR