Qızıllarını apardılar, qonaqdan şübhələndi, oğru başqası çıxdı - ŞƏMKİRDƏ
Şəmkir sakini Məhsəti Aslanovanın mənzilindən oğurluq bir göz qırpımında baş verib. Amma ev sahibi talandan bir neçə gün sonra agah olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, özünün və evində qonaq olan şəxsin qızıl-zinət əşyalarını yerində tapmayan qadın birbaşa polisə üz tutub: "İstədim götürüm qızılları taxım. Baxanda gördüm qızıllar yoxdur. Qonaqdan soruşdum, dedi, mən də səninlə gedib qayıtmışam. Baxdım ki, bijuteriyalar da yoxdur. Qonaq çantasını açdı, dedi, Məhsəti, mənim də gümüşlərim yoxdur. Evə oğru girib".
Oğurluğun üstünü açmaq üçün hadisə yerinə gələn polisin ilkin araşdırması evdən 4 min manat dəyərində qızıl, eləcə də 400 manat civarında bəzək əşyalarının oğurlandığını ortaya çıxarıb. Həm də oğrunun kimliyi məlum olub. Zərərçəkənin qonşusu, 23 yaşlı Emin Səfərli şübhəli şəxs qismində saxlanılıb: "Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsin Səfərli Emin Bahadur oğlunun olması müəyyən edilib. Səfərli Emin Bahadur oğlu şübhəli şəxsi kimi saxlanılıb. İş üzrə istintaq araşdırmaları davam etdirilir".
Emin Səfərli əməlini etiraf etməklə oğurladığı əksər bəzək əşyalarını istintaqa təqdim edib: "Qapıbir qonşumuzdur. Çölə çıxanda tez-tez görürdüm ki, üstündə qızıl olur. Evlərində qonaq var idi. Bir gün çölə çıxanda gördüm ki, maşın yoxdur. Bildim ki, evdə yoxdurlar. Pəncərədən içəri daxil oldum. Oradan qızılları götürüb elə pəncərədən də çıxıb qaçdım".
Əvvəllər də eyni əmələ görə məsuliyyətə cəlb olunan Emin Səfərli barəsində yenidən cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub