Ukraynanın eks-prezidentinin yarım ton qızılına həbs qoyuldu - AVROPADA
Avropada Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə məxsus yarım ton qızılın üzərinə həbs qoyulub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.
Müsadirə olunan qızılların müxtəlif vaxtlarda V.Yanukoviç və ailəsi tərəfindən qanunsuz yolla ölkədən çıxarıldığı bildirilib. Baş Prokurorluq Yanukoviç rejimi tərəfindən Ukraynaya ümumilikdə 40 milyard dollar ziyan vurulduğunu da bildirib.
Bu günə qədər ayrı-ayrı ölkələrdə V.Yanukoviçə məxsus olduğu bildirilən ümumilikdə 200 milyon dollar vəsait müsadirə edilib.
Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu sabiq prezidenti 2010-cu ildə dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirməkdə ittiham edib.
OXŞAR XƏBƏRLƏR
12:50
858
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
857
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1185
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
779
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
781
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
612