Güclü külək, yağış, dolu - TEMPERATUR XEYLİ DÜŞƏCƏK

Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. 

 

Havanın temperaturu gecə  22-25, günün birinci yarısında 28-33, axşam 24 dərəcəyədək isti, Bakıda gecə  23-25, günün birinci yarısında 31-33, axşam 24 dərəcəyədək isti olacağı gözlənilir.

Bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. 
 
Sentyabrın 7-si gündüzdən 8-i səhərədək Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. 
 
Azərbaycanın bölgələrində bu günlər ərzində səhər şimal və şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə  intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  20-25, gündüz  33-38, dağlarda gecə 13-18, gündüz  22-27 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR