Nazpəri Dostəliyevanın evindən oğurluq edən şəxs İNTİHARA CƏHD ETDİ
Xalq artisti Nazpəri Dostəliyevanın evindən seyf oğurlayan dəstənin sonuncu üzvü də saxlanılıb.
APA TV-nin məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılan şəxs 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu dünən axşam saatlarında ifadə vermək üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Burada polisə müqavimət göstərən Cavid Əliyevin qollarına qandal vurulub və o, idarənin müvəqqəti saxlama məntəqəsinə salınıb.
Saxlanan şəxs gecə saatlarında əllərinə qandal vurulmuş halda damarlarını kəsici alətlə kəsərək intihara cəhd göstərib. Hadisəyə dərhal müdaxilə olunub, yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Cavid Əliyev Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması) maddələri ilə məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, naməlum şəxslər avqustun 19-da açarseçmə üsulundan istifadə etməklə xalq artisti Nazpəri Dostəliyevanın evinə daxil olublar. Onlar evdən içərisində külli miqdarda pul olan seyfi aparıblar. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları bundan əvvəl dəstənin dörd üzvünü saxlayaraq cinayətin baş verdiyi ərazi üzrə Nərimanov Polis İdarəsinə təhvil veriblər. Müvəqqəti saxlama məntəqəsində damarlarını doğrayan Cavid Əliyevin bu dəstənin sonuncu - beşinci üzvü olduğu ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub