Rusiya XİN: "Koreya yarımadasında hər an müharibə başlaya bilər"
"Koreya yarımadasında hər an müharibə başlaya bilər və bu dəhşətli nəticələrə səbəb olacaq". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov bəyan edib.
O, bölgədə təhlükənin ən son həddə çatdığını açıqlayıb: "Pxenyanın nüvə proqramının inkişafını dayandırmaması və raket sınaqlarını davam etdirməsi, həmçinin ABŞ-ın bölgədə hərbi hərəkətlərini artırması, hərbi dillə danışması bu cür düşünməyə əsas verir. Koreya yarımadasında iri hərbi əməliyyatların başlaması qaçılmaz hal alıb. Bu isə faciələrə səbəb olacaq".
Xatırladaq ki, Ağ Ev rəhbəri Donald Tramp Seulun dəyəri milyard dollarla ölçülən silahlarla təmin edilməsi ilə bağlı göstəriş verib. Həmin hərbi avadanlıq artıq Cənubi Koreya ərazisində yerləşdirilib.
Buna cavab olaraq isə Şimali Koreya rəhbərliyi sentyabrın 3-də hidrogen bombasını sınaqdan keçirib. Elə həmin gün Cənubi Koreya şimal sərhədlərində hərbi təlimlərə başlayıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub