Tramp fövqəladə vəziyyət elan etdi - MARKETLƏRDƏ NÖVBƏLƏR YARANDI
"İrma" qasırğasının Amerika sahillərinə yaxınlaşması insanlar arasında həyəcana səbəb olub.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, rəhbərlik təbii fəlakətdən maksimum az itki ilə çıxmaq məqsədilə tədbirlər görüləcəyi ilə bağlı açıqlamalar versə də, marketlərin qarşısında insan izdihamı yaşanır.
Florida qubernatoru Milli Qvardiyanın da səfərbər olduğunu bildirib. O qeyd edib ki, 30 min nəfər, 100 helikopter və 4 min yük maşını artıq hazır vəziyyətdədir.
Puerto-Riko rəhbərliyi isə müvəqqəti sığınacaqların yaradılmasına başlayıb. Avadanlıq alınması üçün on milyonlarla dollar xərclənib. Bundan başqa həmin sığınacaqlara yerləşdirilməsi nəzərdə tutulan insanlar üçün yemək və paltar, həmçinin gündəlik ləvazimatların alınması üçün də vəsait ayrılıb.
ABŞ-ın Qasırğaların Monitorinqi Mərkəzinin rəhbəri Maykl Brennan "İrma"nın ölkənin qərbinə doğru irəliləyə biləcəyini və ciddi fəsadlar törədəcəyini proqnozlaşdırıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub