Ruslar Suriyada İŞİD-i darmadağın etdi - İTKİ HESABINA
Suriya ordusu Deyr-əz-Zorda İŞİD-in müqavimətini qıraraq, 2014-cü ildə terrorçuların tam mühasirəsində olan hökumət qüvvələri ilə birləşib.
APA TV-nin "Euronews"a istinadən məlumata görə, bundan başqa son üç il ərzində bölgədə girovluqda olan 80 min dinc sakin də azad edilib.
Bu uğurlu əməliyyat münasibəti ilə Rusiya prezidenti suriyalı həmkarı Bəşər Əsədə teleqram ünvanlayaraq onu təbrik edib. Vladimir Putin bunu vacib strateji qələbə adlandırıb.
Bundan başqa, Suriya ordu generalı Ali Mayhub da bəyanatla çıxış edib: "Bu böyük qələbə terrorizmin sındırılması anlamına gəlir. Bu həmçinin, Suriya ordusunun və onun müttəfiqlərinin hərbi gücünün göstəricisidir. Biz ölkəmizi bölmək istəyən qüvvələri darmadağın edəcəyik".
Xatırladaq ki, sentyabrın 5-də səhər saatlarında Rusiyanın Aralıq dənizindəki "Admiral Essen" hərbi gəmisindən Deyr-əz-Zordakı İŞİD terrorçularının cəmləşdiyi ərazi "Kalibr" raketləri ilə vurulub.
Bundan başqa bir neçə gün öncə Həma əyalətinin Akerbat şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatında da Rusiya Hərbi Hava Qüvvələri fəallıq nümayiş etdirib.
Bu əməliyyatlarda rus hərbi kontingenti daha iki hərbçisini itirib, xəbəri Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub