Piyadanı vurub öldürən avtomobil başqa qəza da törətdi

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Naftalan-Qızılhacılı avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil əvvəlcə 30 yaşlı Naftalan şəhər Qaşaltı kənd sakini Məmməd Qocayevi vurub. Daha sonra Şəki rayon sakini, 1986-cı il təvəllüdlü Əliyev Elnur Topik oğlunun idarə etdiyi "Mercedes" Qaşaltı kənd sakini 1949-cu il təvəllüdlü Behbudov Cuma Camal oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobilə çırpılıb. Qəza zamanı piyada hadisə yerində ölüb. 

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR