Dolların zəifləməsi nefti bahalaşdırır
Şimali Koreya ətrafında vəziyyətin yenidən gərginləşməsi dolların zəifləməsinə səbəb olub. APA TV-nin məlumatına görə, bu proses paralel olaraq neftin bahalaşmasını təmin edir.
Birjalarda uzun müddətdən sonra ilk dəfə “Brent” markalı neftin bir barelinin qiyməti 53 dolları keçib. Axşam seanslarında qiymətlər 53,56 dollar səviyyəsinə qalxıb, səhər keçirilən ticarət sessiyalarında isə bu markadan olan neft 53,26 dollara enib. Qərbi Texas nefti isə 48,62 dollara təklif olunur. İki marka arasında qiymət fərqi 4,64 dollar təşkil edir. Bu, “Harvi” qasırğasının iqtisadiyyata təsirinin hələ tam aradan qalxmadığının göstəricisi sayıla bilər. Hazırda ABŞ-da ümumi gündəlik gücü 2,1 milyon barel olan 8 neftayırma zavodu hələ də fəaliyyətini bərpa etməyib, bu amil Qərbi Texas neftinə bazarda marağı azaldıb.
Amerika Neft İnstitutu və ABŞ Energetika Nazirliyi ölkənin neft ehtiyatlarının həcminə dair növbəti hesabatları bu gün açıqlayacaq. Qeyri-rəsmi iş günləri ilə əlaqədar hər iki qurumun hesabatı saat fərqi ilə eyni gündə açıqlayacağı gözlənilir. Ekspertlərin fikrincə, ötən həftə ABŞ-ın kommersiya neft ehtiyatları rekord səviyyədə azalıb. Neftin həftə sonuna kimi qiyməti bu ehtimalların özünü doğrultmasından asılıdır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub