Merkelin çıxışı pomidor atəşi ilə qarşılandı
Almaniyanın baş naziri və hakim Xristian Demokrat Partiyasının sədri Angela Merkel pomidor atəşinə məruz qalıb. APA TV xəbər verir ki, sentyabrın 24-də ölkədə keçiriləcək seçkiqabağı kampaniyası ilə əlaqədar Heydelberq şəhərində çıxış edən Merkelə doğru iki pomidor atılıb.
Pomidorlardan biri Merkelin qırmızı pencəyinin sol tərəfinə dəyib, digəri isə ona tuş gəlməyib. Angela Merkel belə bir vəziyyətlə üzləşdiyinə görə əhvalını pozmayıb və sakitcə digər partiya yoldaşları ilə birgə səhnəyə çıxıb.
Polis pomidorların müxtəlif istiqamətlərdən atıldığını və həmin şəxslərin hələlik müəyyən edilmədiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
12:50
873
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
872
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1199
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
783
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
783
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
614