Aeroportda bomba həyəcanı yaşandı - ABŞ-DA

ABŞ-ın Los-Anceles şəhər aeroportunun giriş zalında rast gəlinmiş naməlum bağlama ciddi təşviş yaradıb. Beynəlxalq uçuşların giriş zalında olan həmin bağlamaya görə içəridə olanlar dərhal evakuasiya edilib.

APA TV-nin məlumatına görə, bu barədə "CBS" telekanalı xəbər yayıb. Məlumatda qeyd olunur ki, naməlum bağlama yerli vaxtla günorta saatlarında aşkarlanıb. Bu barədə əvvəl polisə, daha sonra isə partlayıcı qurğu mütəxəssislərinə xəbər verilib. Təhlükə ilə əlaqədar sərnişinlərə gediş zalından istifadə etmək tövsiyə olunub.

Fövqəladə vəziyyət təxminən 40 dəqiqə davam edib. Sonda mütəxəssislər həmin bağlamanın bir təhlükə daşımadığını müəyyən edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR