"İrma" təhlükəsinə görə turistlər evakuasiya olunur - ƏHALİ TƏŞVİŞ İÇİNDƏDİR

ABŞ-ın Florida ştatındakı Monro dairəsinin rəhbərliyi yaxınlaşmaqda olan "İrma" qasırğası ilə əlaqədar turistlərin ştatın cənub sahillərindəki adalardan evakuasiyasına başlanıldığını açıqlayıb. Qasırğanın artıq güclənərək maksimal 5-ci həyəcan dərəcəsinə çatdığı deyilir.

APA TV xəbər verir ki, yayılmış xəbərdarlıqda ilk növbədə Ki adalar qrupunda istirahət edən turistlərin köçürülməsi qeyd olunub. Ancaq qasırğa hələlik Ki-Uest şəhərinin 2,5 min kilometrliyindədir. O, 22,5 km/saat sürətilə qərbə doğru hərəkət edir. Qasırğanın mərkəzində isə küləyin sürəti 290 km/saat-dır.

Buna qədər ABŞ-a məxsus Puerto-Riko adasında və məskunlaşmanın sıx olduğu Florida ştatında "İrma" qasırğasının gözlənilməsi ilə bağlı fövqəladə vəziyyət elan olunub. Meteoroloqların proqnozlarına görə, ölkədə 25 sm yağmur və 7 m hündürlüyündə dalğaların yaranacağı gözlənilir. Əhaliyə lazımi qida və məişət ehtiyatlarının toplanılması tövsiyə olunub. Buna görə də ştat ərazisindəki ticarət mərkəzlərində görünməmiş həyəcan yaşanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR