Evdə silah saxlanılmasının aqibəti: Qadın özünü güllələdi

Gədəbəydə qadın özünü güllələyib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Samanlıq kəndində qeydə alınıb.

Kənd sakini 1966-ci il təvəllüdlü Məmmədova Solmaz Ədil qızı yaşadığı evdə ov tüfəngi ilə özünə atəş açıb. Ağır xəsarət alan qadın dərhal xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat olunub. İlkin məlumata görə, 51 yaşlı qadın ailə münaqişəsi zəminində özünü güllələyib.

S.Məmədovanın ailəli olduğu, lakin övladı olmadığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR